Balotelli Şahruddinlə komanda yoldaşı oldu - FOTO/VİDEO

Balotelli Şahruddinlə komanda yoldaşı oldu - FOTO/VİDEO
Foto Video
İdman 197

Türkiyənin “Adana Demirspor” klubu İtaliyalı hücumçu Mario Balotelli ilə müqavilə imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Klubumuz Mario Balotelli ilə birmövsümlük müqavilə bağlayıb, müqavilənin müddətini daha bir il uzatmaq imkanı var”, - deyə klubun Mətbuat Xidmətindən bildirilib.

Bundan əvvəl “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti”, “İnter” kimi klublarda oynayan Mario “Adana Demirspor”da çıxış edib.

O, burada forma geyindiyi 35 matçda 19 qol və 7 asistlik performans sərgiləmişdi.

Qeyd edək ki, bir müddət öncə “Qarabağ”ın sabiq qapıçısı Şahrddin Məhəmmədəliyev də sözügedən kluba transfer olunub.

Son xəbərlər