Balotelli geri qayıdır
22
yan
2022
18:30
Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano bildirib.
Yığmanın baş məşqçisi Roberto Mançini 32 yaşlı hücumçuya yeni şans verəcək. Qərar yaxın zamanda rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə "Adana Demirspor"a keçib. Hücumçu cari mövsüm 20 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard 2010 - 2018-ci illərdə İtaliya seçməsinin formasını geyinib.
Oxşar xəbərlər
Balotelli Sərgən Yalçına elə bir söz dedi ki... - FOTO/VİDEO
"Adana Demirspor"un "Beşiktaş"la oyunda 3-0 geridə olmasına baxmayaraq hesabı bərəbarələşdirməyi bacaran klubun ulduz futbolçusu Mario Balotelli ilə İstalbul tə...