SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan idmançıları xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda iştirak edəcəklər.

Bu barədə “Report”a müsahibəsində Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova məlumat verib.

O bildirib ki, idmançılarımız 2024-cü ilin yanvarından etibarən beynəlxalq səviyyəli yarışlara qatılacaqlar: “Bu növə idmançıların cəlb edilməsi istiqamətində seçimlər olub. Fərqlənənlər intensiv məşqlərə start veriblər. İlk olaraq qış mövsümünə hazırlaşmaq üçün fiziki məşqlərə qatılıblar. İndi isə “Şahdağ” Turizm Mərkəzində xizəklə məşq edirlər”.

Günel Bədəlovanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

BAKU.WS