Mavriki Prezidenti İçərişəhərlə tanış olub
20
may
2026
11:35
Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.
Bu barədə BAKU.WS-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.
Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Dankan Norman: Azərbaycan dilini öyrənmək karyeramdakı ən yaxşı qərarlardan biri olub
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycan dilini öyrənməyi karyerasında ən yaxşı qərarlardan biri adlandırıb. BAKU.WS report-a istinadən...