Rusiya gecə ərzində 273 Ukrayna dronunu vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində Ukraynaya məxsus 273 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dron hücumları Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kaluqa, Kursk, Lipetsk, Leninqrad, Nijni Novqorod, Novqorod, Oryol, Rostov, Smolensk, Tver və Tula vilayətlərinə yönəlib.
Məlumata görə, həmçinin Krasnodar və Stavropol diyarları, Krım, Tatarıstan və Moskva bölgəsi də hücuma məruz qalıb. Pilotsuz aparatların bir hissəsi Azov və Qara dəniz akvatoriyası üzərində vurulub.
Nazirlik hücumlar nəticəsində mümkün dağıntı və itkilərlə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, mayın 18-də Ukrayna dronunun Luqansk Xalq Respublikasında sərnişin mikroavtobusuna zərbə endirməsi nəticəsində azyaşlı qız həlak olmuş, daha iki nəfər yaralanmışdı.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...