Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Berdan Mardini doğulduğu kəndə böyük sərmayə qoyub.
BAKU.WS xəbər verir ki, o cəmi 78 evdən ibarət kənddə zavod quraraq həm iqtisadi, həm də sosial baxımdan diqqət çəkən layihəyə imza atıb.
Mardini bildirib ki, bu layihəyə 2016-cı ildən başlayıb və bütün maddi imkanlarını bu işə yönəldib:
"Varımı-yoxumu bu layihəyə qoydum. Evlərimi, avtomobillərimi satdım".
Təxminən 10 milyon dollarlıq investisiya ilə həyata keçirilən layihə insanların təəccübünə səbəb olub. Onun sözlərinə görə, bir çoxları bu qərarı riskli hesab edib.
Qurulan müəssisədə əsasən qızılgül əsaslı məhsullar istehsal olunur.
Buraya qızılgül yağı, ətirlər və qızılgüllü limonad kimi məhsullar daxildir.
Layihə üçün "Rose damascena" növünə aid güllərin yenidən yetişdirilməsi də xüsusi yer tutur.
Sənətçi layihənin sosial əhəmiyyətini də vurğulayaraq bildirib ki, əsas məqsədi kənddən şəhərə köçün qarşısını almaqdır.
"İstəyirəm insanlar öz torpağında xoşbəxt yaşasın... Bu işdə əsas prioritetim qadınların məşğulluğunu artırmaqdır", - deyə o qeyd edib.
Məlumata görə, layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bölgədə 450-500 nəfər üçün yeni iş yerləri yaradılacaq.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...