Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü
Aktyor Bülent Polat radikal addımı ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o şəhər həyatından imtina edib və kəndə köçərək internetdən, sosial şəbəkələrdən uzaq həyat seçib.
O televiziya sahəsindəki gərgin iş qrafiki səbəbilə bu addımı atıb.
Şəhərin səs-küyündən uzaqlaşaraq Çanaqqala bölgəsinin kəndlərindən birində məskunlaşıb.
Məlumata görə, aktyorun yaşadığı məkan şəhərə ən yaxın yaşayış məntəqəsindən təxminən 5 kilometr uzaqlıqda yerləşir. O, burada elektrik və telefon kimi müasir texnologiyalardan imtina edərək daha sadə və təbiətə yaxın bir həyat qurub.
Bülent Polatın bu qərarı sosial mediada və ictimaiyyətdə maraqla qarşılanıb.
Bəzi istifadəçilər onun seçimini "daxili rahatlıq axtarışı" kimi qiymətləndirərkən, digərləri bunu müasir həyatın stressindən qaçış kimi şərh ediblər.
Oxşar xəbərlər
İlqarə Kazımova: "Qoy sevməsin heç"
Müğənni İlqarə Kazımova "Qoy sevməsin heç" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, mahnının söz və musiqisi Fərid Kərimliy...