UEFA Avropa Liqası: Bu gün final matçı keçiriləcək
20
may
2026
09:38
Bu gün UEFA Avropa Liqasında 2025/2026 mövsümünün final qarşılaşması keçiriləcək.
BAKU.WS xəbər verir ki, həlledici oyunda Almaniyanın SC Freiburg klubu İngiltərə təmsilçisi Aston Villa ilə üz-üzə gələcək.
Matç Türkiyənin Istanbul şəhərində yerləşən Beşiktaş Park stadionunda baş tutacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Final oyununun baş hakimi Fransadan olan François Letexier olacaq.
Qeyd edək ki, ötən mövsüm UEFA Avropa Liqasının qalibi İngiltərənin Tottenham Hotspur klubu olmuşdu.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...