"Ağlayan gəlin" gülünü qoparan 700 min cərimələnir
Türkiyənin Kahramanmaraş ərazisində bitən tərs lalələr yenidən çiçəklənməyə başlayıb.
BAKU.WS xəbər verir ki, Afşin bölgəsində yetişən bu güllər təbiətin nadir incilərindən sayılır.
Binboğa Dağları ətəklərində, qayalıqlar arasından çıxan bu gülləri qoparana yüksək məbləğdə cərimə tətbiq edilir.
Rəsmi qurumlar bir daha xatırladır ki, tərs lalələrin qoparılması qadağandır. Bu nadir bitkiyə zərər verən şəxslər üçün təxminən 700 min türk lirəsinə (təxminən 26 320 AZN) qədər cərimə tətbiq oluna bilər.
Təbii gözəlliyi ilə seçilən bu çiçəklər həm bölgə turizminə töhfə verir, həm də təbiətin qorunmasının vacibliyini bir daha nümayiş etdirir.
Hər il aprel ayının əvvəlində açmağa başlayan tərs lalələr ayın sonuna doğru solur. Sarı, narıncı və qırmızı çalarları ilə seçilən bu çiçəklər parlaq yaşıl yarpaqları ilə də diqqət çəkir və təbiətdə asanlıqla fərqlənir.
Fotoqraf Mehmet Gören bildirib ki, hər il bu nadir çiçəkləri görüntüləmək üçün Afşinə gəlirlər:
"Bu çiçəklər qısa müddət ərzində açır və çox təsirli mənzərə yaradır. Lakin onları qoparmaq olmaz. Olduğu yerdə daha gözəldir və qorunmalıdır".
Fotoqraf Yasin Mortaş isə qeyd edib ki, ters lalələr xalq arasında "ağlayan gəlin" kimi tanınır.
Onun sözlərinə görə, çiçəyin başını aşağı əymiş forması ona utancaq və bir qədər kədərli görünüş verir:
"Adətən sakit və kölgəli ərazilərdə yetişir. Baharla birlikdə açsa da, hüznlü görüntüsünə görə bu adla anılır".
Oxşar xəbərlər
Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA
Rusiya Dövlət Dumasında "Yeni Xalq" fraksiyasının deputatları hökumətə yeni qanun layihəsi təqdim ediblər. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, l...