BYD və "Lexus" "Gənclik"dəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var

BYD və Lexus Gənclikdəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var
Açıqlama Video
Hadisə 1499

14.05.2026-cı il tarixində saat 14:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, H.Əliyev küçəsindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB BAKU.WS-in sorğusuna cavab verib. Bildirib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bildirilib ki, sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***16:01

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi BAKU.WS-in sorğusunu cavablandırıb. Məlumata görə, qəza Həsən Əliyev küçəsində saat 14:00 radələrində qeydə alınıb.

Belə ki, BYD markalı 77-UL-354 dövlət qeydiyyat nişanlı avtomobil, "Lexus" markalı 99-TT-509 dövlət nömrə nişanlı maşın və "Hyundai" markalı 77-SH-954 qeydiyyat nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Şahanə Xankişiyeva

***14:52

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "Qaynar xətt"inə daxil olan məlumata görə, hadisə "Gənclik" metro stansiyasının yaxınlığındakı tuneldə qeydə alınıb.

Bildirilir ki, qara rəngli "Lexus" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.

Hadisə zamanı ölən olmadığı qeyd edilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Şahanə Xankişiyeva

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər