SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hall City”ni aldığını canlı yayımda açıqlayıb.

BAKU.WS Haber Globala istinadən xəbər verir ki, Ilıcalı izləyicilərindən "Hull City"ni sosial mediada izləmələrini xahiş edib.

“İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”, -deyə o, bəyan edib.

A.Ilıcalının canlı yayımda etdiyi etirafdan sonra klubun instaqramdakı izləyicilərinin sayı 291 mindən 412 minə yüksəlib.

BAKU.WS