Acun Ilıcalıdan "Hull City" ilə bağlı AÇIQLAMA

Acun Ilıcalıdan Hull City ilə bağlı AÇIQLAMA
İdman 352

Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hall City”ni aldığını canlı yayımda açıqlayıb.

BAKU.WS Haber Globala istinadən xəbər verir ki, Ilıcalı izləyicilərindən "Hull City"ni sosial mediada izləmələrini xahiş edib.

“İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”, -deyə o, bəyan edib.

A.Ilıcalının canlı yayımda etdiyi etirafdan sonra klubun instaqramdakı izləyicilərinin sayı 291 mindən 412 minə yüksəlib.

Oxşar xəbərlər

Son xəbərlər