Mbappe karyerası ilə bağlı yekun qərarını verdi

Mbappe karyerası ilə bağlı yekun qərarını verdi
İdman 1373

Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu İspaniya "Real Madrid"inə dəyişmək niyyətindədir.

İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSJ-dən ayrılacaq.

Qeyd edək ki, Kilian Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. "Real Madrid" futbolçuya 6 illik müqavilə və 40 milyon avro məvacib təklif edib.

Oxşar xəbərlər

Mbappenin PSJ-də qalmaq istəməməsinin əsas səbəbləri bəlli oldu

Mbappenin PSJ-də qalmaq istəməməsinin əsas səbəbləri bəlli oldu

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe qış fasiləsində komandası ilə yeni müqavilə imzalamayacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 23 yaşlı hücumç...

466 İdman 20:58 28 sentyabr 2021

Son xəbərlər