Mbappe Neymarın ona ötürmə verməməsindən narazıdır

Fransa PSJ-sində Kilian Mbappe və Neymarın münasibətləri komandaya Lionel Messinin gəlişindən sonra kəskinləşib.
BAKU.WS "Report"a istinadən məlumatına görə, Mbappe Liqa 1-də VIII turun "Monpelye"ni 2:0 hesabı ilə yendikləri matçında braziliyalı hücumçunun davranışını bəyənməyib. Fransalı forvard 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə pas atmır" deyib.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Kral klubu bu futbolçu üçün 300 milyon avrodan çox kredit götürdü
"Real Madrid" Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün İspaniyanın bir neçə bankından 328 milyon avro kredit götürüb. BAKU.WS "Report"a...
