Zaqatalada coğrafiya müəlliminin qeyri-adi dərs metodu - VİDEO

Zaqatalada coğrafiya müəlliminin qeyri-adi dərs metodu - VİDEO
Video
Sosial 2979
Zaqatalada müəllim kimi çalışan Ehtiram Safquliyevin istifadə etdiyi metod uzun illər bu işlə məşğul olan təcrübəli müəllimləri də təəccübləndirib. BAKU.WS ARB Şəki-yə istinadla xəbər verir ki, Zaqatalanın ucqar yaşayış məntəqələrindən biri olan Üçüncü Tala kənd tam orta məktəbinin gənc coğrafiya müəllimi Ehtiram Safquliyev fərqli metodlarla dərslərini keçir. Sosial şəbəkələrdə tez bir zamanda məşhurlaşan müəllimin bu metodu çoxları tərəfindən maraqla qarşılanıb. Şagirdlər iki sıra düzülür, müəllimdə onlara keçilən dərslərdən suallar verir. Cavabı daha tez tapan yenidən arxa sıraya, digər şagird isə geri partaya, öz yerinə keçir. Yarış sonda bir qalib qalanadək davam edir. Hər bir şagirdin fərdi yarışdığı, bu sual-cavab oyununda qalib ya xüsusi hədiyyə, ya da ən azı alqışlarla mükafatlandırılır. Qruplar şəklində də aparıla bilən bu yeni metod hansısa Avropa ölkələrində deyil, Zaqatala rayonunun mərkəzdən 18-20 km aralıda yerləşən Üçüncü Tala kənd tam orta məktəbində tətbiq edilir. 2 ay öncə məktəbə coğrafiya müəllimi təyin edilən Ehtiram Safquliyev çalışmağa başladığı ilk gündən dərsləri qeyri-adi üsulla tədris etməyə başlayıb, bununla da şagirdlərin rəğbətini qazanıb. Ehtiram Safquliyev - Coğrafiya müəllimi: "Yeni metod əyləncəli olduğu üçün şagirdlər də öyrənməyə can atırlar. Hiss edirəm ki, onlar belə daha da yaxşı öyrənirlər". Mərkəzə yaxın ərazilərdə çalışmaq istəyən əksər gənc həmkarlarından fərqli olaraq, Ehtiram müəllim hələ tələbəlik illərindən ucqar ərazidə çalışmaq arzusunda olub. Bu yeni və maraqlı metod şagirdləri dərslərini daha həvəslə öyrənməyə sövq etməklə yanaşı,onlarda hər bir mövzuya yaradıcı yanaşmaq istəyini artırır. Şagirdlər özləri də artıq gələcək dərslərini daha maraqlı qurmaq üçün yeni metodlar axtarışındadırlar. Şagirdlərinin yeni metodlara müsbət reaksiyası müəllimi daha da həvəsləndirib. Ehtiram müəllim gələcəkdə dərslərini daha maraqlı və fərqli təşkil etmək üçün yeni metodlar üzərində də işləyir. BAKU.WS

Son xəbərlər