Azərbaycan məktəbində şagirdini döyən müəllim xəstəxanalıq oldu (VİDEO)
Astara rayonunun Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllimin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkədə video yayılıb.
BAKU.WS xəbər verir ki, sözügedən video yayıldıqdan sonra müəllim tərəfindən döyülən uşaq hadisə barədə danışıb. Şagird Etibar Əkbərovun sözlərinə görə, müəllim onu çox danışdığı üçün döyüb: "Müəllimin sözünə məhəl qoymadım, güldüm. Bilmirdim ki, qurban mən olacam".
Məlum olub ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra müəllimin vəziyyəti pisləşib və xəstəxanaya müraciət edib.
Qeyd edək ki, hadisə ingilis dili müəllimi Namid Qəhrəmanovun dərsində baş verib. Şagird dərs vaxtı nizam-intizam qaydalarını pozub və müəllimin dərs keçməsinə mane olub. Müəllim şagirdi tənəffüs zamanı yanına çağırıb və bir daha xəbərdarlıq edib. Lakin şagird eyni rəftarı göstərdikdə müəllim səbr edə bilməyib, üstünə çığırıb və sonda əl qaldırıb.
BAKU.WS
Oxşar xəbərlər
Məktəbdə biabırçılıq: müəllimin şagirdi döydüyü anlar kameraya düşdü (VİDEO)
Azərbaycanda məktəbdə müəllimin şagirdi döydüyü anlar kameraya düşüb. BAKU.WS-in məlumatına görə, video Lənkəran rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adı...