Replə dərs keçən müəllim danışdı - VIDEO
3250 nəfər əhalinin yaşadığı və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Gəgiran kənd orta məktəbində tarix müəllimiu işləyən Həbib Əlizadə düz 5 il əvvəl Lənkəran dövlət universtetinin tarix fakültəsini bitirib.
BAKU.WS ARB TV-yə istinadla xəbər verir ki, 2 il bundan əvvəl isə təhsil nazirliyinin təyinatı ilə Gəgiran kəndinə gələrək burada 5-11-ci sinif şagirdlərinə tarix fənnini tədris etməyə başlayıb.
Bu gün ucqarlarda müəllim çatışmazlığının hökm sürdüyü bir vaxtda gənc müəllimin belə bir addım atmasında məqsədi şagirdlərinin tarixlə bağlı xronologiyaları rahat mənimsəyə bilməsidir.
Həbib Əlizadə - Tarix müəllimi: "Tarix dərsi sıxıcı bir dərs olub. Bəzən, xoronologiya, tarixi hadisələr və s. Tarix dərsinin daha əyləncəli hala gətirmək üçün tarixi səhnəciklər, oyunlardan istifadə edirik, bu da onlardan biridir".
Həbib müəllim dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə edir. Özünün də dediyi kimi bu işdə onun ən böyük dəstəkçisi isə təbii ki, şagirdləridir.
Həbib Əlizadə - Tarix müəllimi: "Günəşli havadırsa, biz şagirdləri parta arxasına həbs etmirik, çıxıb çöldə dərs keçirik. 1 nömrəli dəstəkçim şagirdlər olduğu üçün bunlar uğurlu alınır".
İndi gənc müəllimin ən böyük istəyi gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə birgə maraqlı layihələr həyata keçirməkdir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda replə dərs keçən müəllim - VİDEO
Lənkəranın ucqar dağ kəndində çalışan tarix müəlliminin dərsi rep halına gətirməsi dünəndən sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan biridir. BAKU...