İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod

İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod
Şou-biznes 2249

 

İsrail alimləri heyvanların qanından istifadə etməklə xərçəng xəstəliyinə qarşı tamamilə yeni mübarizə metodu təklif ediblər.

Trend xəbər verir ki, alimlərin gəldikləri qənaətə görə bədxassəli törəmələrin müalicəsində köpək balığının qanındakı böyük miqdarda anticisimlər çox səmərəli ola bilər.

Tez bir zamanda bu üsulun sınaqdan keçirilməsi gözlənilir. Mütəxəssislər bildiriblər ki, az dozada köpək balığı qanının onkoloji xəstənın orqanizminə tədricən tətbiq edilməsi planlaşdırılır.

Alimlər yeni metodu daha ətraflı araşdırdıqdan sonra könüllü xəstələr üzərində kliniki sınaqlara başlamaq niyyətindədirlər. Eyni zamanda, bir çox həkimlər nəticələrin çox yaxşı olacağına əmindirlər.

BAKU.WS

Oxşar xəbərlər

70 köpək balığı balinaya hücum çəkdi (VİDEO)

70 köpək balığı balinaya hücum çəkdi (VİDEO)

Sosial şəbəkələrdə maraqlı bir görüntü yayılıb. BAKU.WS-in məlumatına görə, 70 köpək balığı balinaya hücum çəkib. Bu mənzərəni yaxınlıqdakı sahildən kameraya...

6094 Hadisə 14:54 23 may 2016

Son xəbərlər