Gənc müəllimin dərs metodu internetdə izlənmə rekordu qırır - İsmayıllıda - VİDEO
Yaz, yay, payız və qış-fəsillərlə bağlı dərs bu dəfə uşaqlara tam fərqli şəkildə keçirilib.
BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, İsmayıllıda məktəblərin birində müəllimin dərs metodu internetdə izlənmə rekordu qırıb.
Görüntülər İsmayıllı rayonunun kənd məktəblərindən birində qeydə alınıb.Fəsilləri şagirdlərinə musiqi ilə öyrədən gənc müəllim keçdiyi dərsi videoya çəkərək internetdə paylaşıb.
Müəllimin bu dərs üsuluna nəinki şagirdlər, elə internetdə izləyənlər də böyük maraq göstəriblər. Videoya açıqlamasında bu metodun daha effektiv və əyləncəli olduğunu yazan müəllim, musiqili dərs üsulunun şagirdlərin daha da yaxşı yaddaşında qalmağı ilə əsaslandırıb.
"Uşaqlara dünyanı verə bilmiriksə ürəyimizi verək” sloqanını əsas götürən müəllim, qısa bir zamanda bu videosu ilə internetin fenomeninə çevrilib.
BAKU.WS
Oxşar xəbərlər
Replə dərs keçən müəllim danışdı - VIDEO
3250 nəfər əhalinin yaşadığı və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Gəgiran kənd orta məktəbində tarix müəllimiu işləyən Həbib Əlizadə düz 5 il əvvəl...