Zakir Qaralov vətəndaşları qəbul edəcək

05
mar
2019
17:23
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 15-də saat 10:00-da Biləsuvar rayon prokurorluğunda vətəndaşları qəbul edəcək.
BAKU.WS xəbər verir ki, prokurorluğun inzibati binasında Biləsuvar, İmişli, Cəlilabad, Neftçala və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcəkdir.Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.BAKU.WSOxşar xəbərlər
Baş prokuror Salyanda vətəndaşları qəbul edib
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib.Bu barədə prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Baş prokuror...
