Baş prokuror Salyanda vətəndaşları qəbul edib

Baş prokuror Salyanda vətəndaşları qəbul edib
Hadisə 1122

Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib.

Bu barədə prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Baş prokuror Zakir Qaralov fevralın 22-də Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.Qəbuldan əvvəl Baş prokuror və Salyan rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.BAKU.WS

Oxşar xəbərlər

Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari...

783 Sosial 15:03 13 fevral 2019

Son xəbərlər