Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus (COVID-19) infeksiyasının Yevlax rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejiminə keçib.
Yevlax Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.
Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər və əhali arasında maarifləndirmə işləri aparılır.
Qalereya
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...