Yanğından zərər çəkən 20 sahibkar yerlə təmin olunub
02
apr
2019
20:15
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
"Diqlas"da zərər çəkmiş sahibkarlara yerlər təklif olunur - SİYAHI
İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən t...