“Diqlas”da əmlakı yanan sahibkarlara 5 ünvanda yerlər təklif olundu – SİYAHI
29
mar
2019
23:27
İqtisadiyyat Nazirliyi "Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlar üçün 5 ay icarə haqqı ödəməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.Nazirlikdən verilən məlumata görə, həmin yerlər aşağıdakılardır:Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza.Təbriz küçəsində yerləşən "Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza."Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).S.Vurgun küçəsində yerləşn "AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.BAKU.WS
Oxşar xəbərlər
“Diqlas”da zərər çəkənlərə bu ünvanlarda pulsuz obyektlər ayrıldı - SİYAHI
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektləri ayrılıb.Bu...