“Sədərək” Ticarət Mərkəzində 2 mağaza yandı

“Sədərək” Ticarət Mərkəzində 2 mağaza yandı
Hadisə 3780

"Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd "Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd "Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər