Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir?

Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir?
Foto
Sosial 14

"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Yuyucu-Buxarlayıcı Stansiyasında sistern vaqonların təmizlənməsi və yuyulması prosesi xüsusi texniki avadanlıqlar və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilir.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, iş prosesi zamanı xüsusi geyim, dəbilqə və təhlükəsizlik kəməri ilə təmin olunmuş mütəxəssislər sisternlərin həm daxili, həm də xarici hissələrini texniki baxışdan keçirirlər.

Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir?

Vaqonların üst lük qapaqları açılaraq daxili hissəyə çıxış təmin olunur, eyni zamanda alt axıdıcı klapanlar tənzimlənərək qalıq maddələrin kənarlaşdırılması üçün şərait yaradılır.

Yuma mərhələsində yüksək təzyiqli su aparatı və buxarlayıcı xüsusi sistemlərdən istifadə olunaraq vaqonların içindəki çöküntülər, neft və digər yük qalıqları tamamilə təmizlənir.

Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir?

Açıq hava şəraitində və xüsusi estakada üzərində aparılan bu əməliyyatlar dəmir yolu daşımalarının təhlükəsizliyini və vaqonların növbəti istifadəyə tam hazır olmasını təmin edir.

Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Yuyucu-Buxarlayıcı Stansiyasından fotoreportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər