Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bəzi yollar bağlanıb
26
fev
2018
09:53
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Xətai rayonu ərazisindəki “Ana fəryadı” abidəsi qarşısında keçirilən anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib. APA-nın məlumatına görə, Xocalı...