Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Siyasət 1877

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından "Xocalı” abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.

Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə yürüş başlayıb

Bakıda İlham Əliyevin iştirakı ilə yürüş başlayıb

Azərbaycan paytaxtında Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə aksiya keçirilir. "Report" xəbər verir ki, aksiyaya Bakı Dəniz Vağzalının qarşısından "...

8208 Siyasət 10:10 26 fevral 2017

Son xəbərlər