İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi

İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi
Hadisə 1704

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 9 May - Qələbə günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Şəhidlər Xiyabanında yerləşən qəbirüstü abidəsini ziyarət edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Daha sonra İlham Əliyev Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb. Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamlayıb, onların hər birini Qələbə günü münasibətilə təbrik edib.

Ziyarətə dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri də qatılıb.

BAKU.WS

Oxşar xəbərlər

Faşizm üzərində qələbədən 71 il keçir

Faşizm üzərində qələbədən 71 il keçir

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 71 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibə...

1211 Hadisə 09:38 09 may 2016

Son xəbərlər