Prezident Şəhidlər Xiyabanını ziyarət edib (VİDEO)

Prezident Şəhidlər Xiyabanını ziyarət edib (VİDEO)
Video
Hadisə 1495

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb.

BAKU.WS-in məlumatına görə, dövlət başçısı "Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.   Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.   1990-cı il yanvarın 20-də baş verən hadisələrin 25-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.   Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.   Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq. BAKU.WS 

Oxşar xəbərlər

"Qanlı Yanvar"dan 26 il keçir

"Qanlı Yanvar"dan 26 il keçir

1990-cı il yanvarın 20-də baş vermiş faciədən 26 il keçir. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükut...

1589 Hadisə 00:01 20 yanvar 2016

Son xəbərlər