Vəzifə istəyənlərin nəzərinə! Bu şərt nəzərə alınacaq

Vəzifə istəyənlərin nəzərinə! Bu şərt nəzərə alınacaq
Sosial 2399
Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.BAKU.WS

Oxşar xəbərlər

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.APA-nın məlumatına görə, bu, Milli Məclis...

1523 Sosial 15:46 15 noyabr 2017

Son xəbərlər