Azərbaycanda təhsil haqqı aşağı salındı
Azərbaycanda ilk peşə-ixtisas müəssisələri üçün təhsil haqqı aşağı salınıb.
BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.
Onun sözlərinə görə, ötən il ixtisasdan asılı olaraq, minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.
A.Əlili deyib ki, bu il ilk peşə ixtisas müəssisələrinə qəbul üçün sənəd verənlərin sayı bu sahəyə marağın daha yüksək səviyyədə olduğunu göstərir.
Şöbə müdiri əlavə edib ki, avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var.
A.Əlili deyib ki, qəbul prosesində 14-ü peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi olmaqla bütün peşə liseyləri və peşə məktəbləri iştirak edir. Bu il Qəbələdə peşə məktəbi və turizm otelçilik üzrə tədris mərkəzinin bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ Peşə Təhsil Mərkəzinin ixisaslarına qəbul aparılır. Mərkəzin növbəti tədris ilindən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qəbul olunanlar yeni təhsil ilindən orada təhsil ala biləcəklər.
BAKU.WS
Oxşar xəbərlər
Bu binalarda məskunlaşan məcburi köçkünlər köçürüləcək
"Azərbaycanda bir çox peşə təhsili müəssisələrinin təkcə yataqxanaları deyil, əsas tədris korpusları belə məcburi köçkünlər tərəfindən tutulub. Artıq ölkə rəhbə...