Peşə məktəblərinə qəbul üçün əlavə ixtisas seçimi aparılacaq
"ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliklə "ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış "ASAN peşə” layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində aparılıb.
"Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bugündən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.
Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində aparılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. TQDK-dan APA-ya veri...