Vətəndaşlar pensiya kapitalını əvvəlcədən ala biləcək? - DSMF sədri cavab verdi
"Qanunvericiliyə əsasən pensiya kapitalı anlayışı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitdir. Bu vəsaitin qeydə alınmaq məqsədi şəxsin pensiya hüququ yaranacağı halda istifadə edilən rəqəmlərdir".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
"Məntiqlə baxsaq şəxs həmin məbləği pensiya hüququ yaranmamışdan istifadə etsə bu zaman onun pensiya ilə uyğunluğu qalmaz. Beynəlxalq hüquqda oxşar təcrübə olsa da vəziyyət könüllü yığımlar və ya ikinci, üçüncü dərəcəli yığımlara aiddir. Bizim qanunvericilikdə könüllü yığım nəzərdə tutulmayıb deyə pensiya kapitalının istənilən vaxtda alınması mümkün deyil.
Fərdi hesabın yığım hissəsində qeydə alınan vəsaitlərin əksər hissəsi işçidən tutulan vəsait deyil. Bu dövlət tərəfindən işəgötürəndən tutulan vəsaitdir. Biz yığım hissəsinin qaytarılması məsələsindən danışırıqsa məhz işçinin əməkhaqqısından tutulan vəsaitin geri qaytarılması gələcəkdə müzakirə oluna bilər",-deyə DSMF sədri əlavə edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Yazıçılar Birliyindən 15 manatla bağlı narazılığa REAKSİYA
"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı - illik 15 manat məbləğində ödəniş ilə bağlı narazı fiki...