Vasif Qasımov: "Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək"

Vasif Qasımov: Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək
Sosial 34

"Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək".

BAKU.WS xəbər verir ki, bunu "IE University"nin məzunu Vasif Qasımov PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimində çıxışı zamanı deyib.

O, bildirib ki, proqrama 2017-ci ildə körpə qızı ilə birgə hazırlaşıb:

"2017-ci ildə qızım hələ çox balaca idi. O ağlayırdı, bəlkə də gecə saat 3 idi. Mən onu bir qolumda saxlamışdım, digər qolumda isə İE-nin (İspaniya Biznes Məktəbi) maliyyə imtahanına çalışırdım, səhər saat 8-də imtahanım var idi. Yadımdadır ki, mən "iş və həyat balansını" kimin uydurduğunu düşünürdüm, bunu Bakıdakı evimizdə, uşaq, noutbuk və gecə saat 3-də edirdim".

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər