Vaqif Əsədov: "Tanınmış şəxslər sanki toxunulmaz olduqlarını düşünürlər" (VİDEO)

Vaqif Əsədov: Tanınmış şəxslər sanki toxunulmaz olduqlarını düşünürlər (VİDEO)
Video
Sosial 1660

"Ola bilər ki, verilişdə hər hansı nöqsan olsun. Bu təbiidir. Amma bu nöqsanları aradan qaldırmaq lazımdır”. 

BAKU.WS xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında Bakı şəhər DYP-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov İTV-də yayımlanan "Evakuator” verilişinin "Azərbaycan” qəzeti tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib. V. Əsədov xatırladıb ki, verilişin bir çəkilişində onun da iştirak etdiyi kiçik bir süjet efirdə yayımlanıb: "Həmin süjetdə dayanma və durma qaydaları ilə bağlı təbliğat aparılıb. Orada əməkdar artist Səlim Abbasov dayanma və durmanı qadağan edən nişanın altında maşınını saxlamışdı. Biz də onun maşınını müvəqqəti mühafizə olunan dayanacağa apardıq. Dayanma durma qaydaları ilə bağlı tanınmış şəxs cəzalandırılırsa, deməli, hər kəs cəzalandırılmalıdır. Tanınmış şəxslər sanki toxunulmaz olduqlarını düşünərək istədikləri kimi maşınlarını saxlayır. Həmin süjeti çəkməklə bir daha sübut etdik ki, qanun hər kəs üçündür. "Azərbaycan” qəzeti verilişin formatına uyğun olaraq nəyi tənqid edirsə, onu deyə bilmərəm. Ancaq mən iştirak etdiyim süjetdə qanun qarşısında hamının bərabər olduğunu göstərmişəm”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər