Ukraynada əsir düşən azərbaycanlı “Arzunun vaxtı”nda danışdı - VİDEO

Ukraynada əsir düşən azərbaycanlı “Arzunun vaxtı”nda danışdı - VİDEO
Video
Sosial 141

“Doğum günümdə məni təbrik edib, 10 dəqiqə sonra işgəncə verməyə apardılar”.

Bunu Ukraynada əsir düşən azərbaycanlı Hüseyn Abdullayev əsirlikdə başına gətirilənlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Mariupolu tərk edərkən ukraynalı sürücünün rusiyalı hərbçilərə içki təklif etməsi onlar arasında mübahisəyə səbəb olub və nəticədə avtomobildəkilər girov götürülüb.Hüseyn qeyd edib ki, rusiyalı hərbçiləri tələbə olduğuna inandıra bilməyib.

“Soyundurub bədənimdə döymə olub-olmadığını yoxladılar, yarım saat betonun üstündə saxladılar”, - deyə o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər