Təyyarə salonlarında oğurluq halları artır - XƏBƏRDARLIQ
27
iyn
2026
11:04
Son dövrlərdə təyyarə salonlarında oğurluq halları artıb.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış bloger Azər Qərib sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
O bildirib ki, bəzi şəxslər sərnişinlərin diqqətsizliyindən istifadə edərək əl yüklərində olan pul, telefon, sənəd və digər qiymətli əşyaları oğurlayırlar.
Azər Qərib sərnişinlərə uçuş zamanı çantalarını nəzarətsiz qoymamağı, qiymətli əşyalarını isə oturacağın üst hissəsində yerləşən baqaj bölməsinə deyil, mümkün qədər öz yanlarında saxlamağı tövsiyə edib.
Oxşar xəbərlər
Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 234 nömrəli uşaq bağçası fəaliyyətini dayandırıb. BAKU.WS-ə daxil olan məlumata görə, T.Yaqubov küçə...