Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsinə təyin edilən Yaşar Ömərov kollektivə təqdim olunub.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rektoru kollektivə elm və təhsil nazirinin müavini İdris İsayev təqdim edib. İ.İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.
Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.
Qalereya
Oxşar xəbərlər
Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı ist...