“Tərtər işi”ndə bəraət alanlara bir milyondan çox təzminat kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Tərtər işi”nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği bilinib.
BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo” ya vəkil Rəsul Cəfərov məlumat verib.
Vəkilin sözlərinə görə “Tərtər işi” üzrə məhkum edilmiş şəxslərdən bu günə ümumilikdə 54 nəfər bəraət alıb. Onlardan 22 nəfər hərbi qulluqçuya veriləcək təzminat ümumilikdə 1 546 000 manat təşkil edib. Bundan başqa, eyni iş üzrə bəraət almış 6 nəfər mülki şəxsə 167 min 420 manat təzminat ayrılıb.
R.Cəfərov qeyd edib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir.
Qeyd edək ki, bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...