Tanınmış professordan yayılan virusla bağlı XƏBƏRDARLIQ

Tanınmış professordan yayılan virusla bağlı XƏBƏRDARLIQ
Foto Açıqlama
Sosial 401

"Bu gün epidemioloji vəziyyət bütün dünyada qarışıb. SARS-CoV-2 virusunun omikron ştamının mutasiya variantları hələ də davam edir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.

Tanınmış professor əlavə edib ki, vaksinasiya bütün dünya üzrə yetərincə olmayıb. Çünki vaksinasiya ilə bağlı xeyli şayiələr insanları çəkindirib və böyük əksəriyyət bundan yayınıb:

"Vaksinasiya infeksiya zəncirini qırsa da dünya əhalisini qoruya bilmədi və nəticədə qlobal pandemiya başa çatdı. Lakin infeksiyanın epidemiya ocaqları hələ davam edir. Dünyada ağır onkoloji xəstələr, HİV daşıyıcı xəstələr, immun sisteminin aşağı olduğu xəstələr var ki, virus onların bədənində rahat yaşayır, mutasiyaya uğrayır və sonra başqalarını yoluxdurur. Bu proses davam edir və ciddi narahatlıq doğurur. 

Hazırda koronavirusun Azərbaycanda da yayılması real görünür. Çünki xeyli xəstə biz görürük və rəsmi bir açıqlama da ortada yoxdur ki, bu hansı identifikasiya olunmuş virusdur. Əslində karantin tədbirlərinin görülməsi çox vacib şərtdir. Bu karantin qaydaları o halda tətbiq oluna bilər ki, konkret təhlükə ortada olsun və bu təhlükənin yayılma indeksi yüksək olsun. 

Bu gün vaksinasiyanın nə dərəcədə mühüm olduğunu bilirik. Çünki valideynlər öz uşaqlarını milli peyvənd təqvimindən yayındırırdı və nəticədə qızılca yeni bir formada, nəinki uşaqlar, böyüklər arasında da geniş yayıldı. Xeyli xəstələnən, ölənlər oldu və o zaman vaksinlə bağlı valideynlər əl-ayağa düşdülər.

Biz pandemiyadan dərs götürməliyik. Belə yoluxmalar olan zaman maska geyinməyi bir həyat tərzinə çevirməliyik. Yaponiyada bu belədir. Biz də bunları əxz eləməliyik, yavaş-yavaş bu məsələlərə komplekssiz yanaşmalıyıq".

Orxan Hüseyn

Son xəbərlər