Tanınmış aparıcı Azər Qəribovun adından DƏLƏDUZLUQ
Tanınmış aparıcı Azər Qəribov adından dələduzluq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkədə payşaım edib.
"Diqqətinizə çatdırmaq istərdim ki, müxtəlif insanlara mənim adımdan, yəni feyk profildən məktublar gedir, hansısa təkliflər edilir, nəticədə isə həmin insanlar pullarını itirirlər.
Xahiş edirəm, belə məktublar aldığınız zaman dərhal bunun feyk olduğunu sosial şəbəkələrin (feysbuk, insatqram, tiktok) adminlərinə yazın və şikayət edin ki, həmin profilləri ləğv etsinlər.
Amma eyni zamanda anlayıram ki, dələduzlar dərhal yenilərini açacaqlar. Ona görə də sadəcə profildə mavi quşun olduğuna fikir verin, əgər o yoxdursa, deməli mən deyiləm. Ən yaxşısı isə (çünki belə getsə, o mavi quşların da feyki çıxacaq) məntiqə etibar edin!
Mən heç bir halda sosial şəbəkələrdə heç kimdən pul istəmərəm, yaxud heç kəsə gəlir təklif etmərərəm. Belə hərəkətləri nə özümə yaraşdırmaram, nə də sizə qarşı belə hörmətsizlik etmərəm. Var olun",-deyə aparıcı qeyd edib.
Oxşar xəbərlər
Bakının mərkəzində tıxaclara son qoyacaq UNİKAL HƏLL YOLU
Neftçilər prospektinin Azadlıq meydanı hissəsi Bakının ən yüklənmiş nəqliyyat sahələrindən biridir. BAKU.WS-in məlumtına görə, bu hissədə avtomobil axınlarının...