Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı
14
iyl
2026
20:00
Paytaxtda daha üç ünvanda yol təmiri işləri yekunlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində ("Baksol" yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.
Qeyd olunub ki, təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.
Oxşar xəbərlər
Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" x...