Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur" , - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ
Laçın rayonunun Güləbird kəndində yeni məktəb binası və uşaq bağçasının tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 432 şagird yerlik üçmərtəbəli məktəb bina...