Sumqayıtda əlillərin yolu "bağlanır"

Sumqayıtda əlillərin yolu bağlanır
Sosial 1156
Sumqayıtda əlillər bir qrup məmurun məsuliyyətsizliyinin cəzasını çəkir.BAKU.WS Milli.az-a intinadən xəbər verir ki, bu barədə jurnalist Teymur Hacıyev sosial şəbəkə hesabında yazıb:"Sumqayıtda panduslar ya ümumiyyətlə quraşdırılmır, ya da ki, quraşdıranda bax belə üzlərinə-gözlərinə yaxırlar. Əlil arabasında olan bu panduslardan necə keçsin? Budurmu sizin sosial problemə münasibətiniz, hörmətli məmurlar? Bu cür şəraitsizlik ucbatından minlərlə əlil insan cəmiyyətdən təcrid olunmuş durumda yaşayır. Şəhərə çıxmırlar. Bütün günü evlərində otururlar. İşin maraqlı tərəfi də budur ki, əlil insanlar da təşkilatlanaraq bu cür problemlərin həllini tələb etmirlər.Bakıda artıq beynəlxalq standartlara uyğun panduslar quraşdırılır. Sizin işiniz nədir, hörmətli məmurlar? Sizin qohumunuzda, qonşunuzda əlil yoxdur deyə, qızlarınız və gəlinləriniz uşaq arabası ilə şəhərə çıxmırlar deyə problemə belə dırnaqarası yanaşırsınız. Allahdan arzu edirəm ki, heç vaxt yaxınınızda əlil olmasın. Amma siz yenə də bu problemə ciddi yanaşın.P.S. Bütün jurnalist dostlarımdan xahiş edirəm ki, mütəmadi olaraq bu problemə diqqət ayıraraq gündəmə gətirsinlər. Çünki məsuliyyətsiz məmurları intizama dəvət etmək bizim vəzifə borcumuzdur".Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər