20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib

20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib
İqtisadiyyat 1661
20 Yanvar şəhidlərinin ailələrinə eləcə də, faciə günündə əlil olmuş şəxslərə dövlət tərəfindən birdəfəlik maddi yardımların göstərilməsi nəzərdə tutulub.BAKU.WS "APA-Economics"ə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.Nazirin sözlərinə görə, buna müvafiq olaraq nazirlik üzrə müvafiq əmr olub və həmin əmrə görə 412 nəfər, o cümlədən 115 nəfər 20 Yanvar şəhidinin ailəsi və 297 nəfər 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər üçün 60 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul olunub."Həmin vəsaitlər artıq qeyd etdiyim şəxslərin hesablarına köçürülüb. Bununla bərabər, Azərbaycan prezidentinin müvafiq təqaüdü ilə 20 Yanvar şəhidlərinin ailələri aylıq olaraq təmin olunurlar. Təqaüdün məbləği 300 manatdır. Bundan başqa, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərin də Prezident təqaüdün məbləği Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərin təqaüdü ilə eyni məbləğdədir. Aylıq olaraq həmin məbləğ 297 nəfərin hesabın köçürülür", - deyə nazir vurğulayıb.BAKU.WS

Son xəbərlər