Nazirdən əhaliyə şad xəbər: "Gələn aydan pensiyalar artacaq"
02
dek
2017
12:26
"Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq".BAKU.WS xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir:"Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq".BAKU.WS
Oxşar xəbərlər
Nazirdən pensiyalarla bağlı çox vacib açıqlama - VİDEO
Növbəti ildən etibarən Azərbaycanda pensiyalar yeni üsulla artırılacaq. İl ərzində orta əmək haqqına ediləcək artımlar, növbəti il üçün pensiya artımının əsasın...