Bakı yollarında panduslar quraşdırılır (FOTO)
23
dek
2017
15:23
Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri davam etdirilir.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu çərçivədə artıq şəhər yollarında panduslar quraşdırılır.Dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır.Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq. Məlumat üçün bildiririk ki, Bakı şəhərinin 5 rayonunda ümumilikdə 421 pandusun tikintisi planlaşdırılır.Pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların Bakı şəhərinin küçə və prospektlərinin səkilərində hərəkətinə asanlıq yaradacaq və böyük sosial əhəmiyyət daşıyacaqdır.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosuna lift quraşdırılacaq
"Bakı Metropoliteninin xətlərində, yeni stansiyaların hər birində və təmir edəcəyimiz bütün stansiyalarda fiziki imkanları məhdud şəxslər üçün xüsusi liftlər və...