Bakının 18 piyada keçidində əlillər üçün şərait yaradılır
Bakı Nəqliyyat Agentliyi (BNA) "Sovetski" ərazisində salınan yollarda hərəkətin təşkili istiqamətində işləri davam etdirir.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, bu çərçivədə yeni salınan yollarda müəyyənləşdirilən 18 ədəd eyni səviyyəli piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb.
Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin rahat hərəkət etməsinə imkan verəcək panduslar BNA-nın təşəbbüsü ilə müasir formada dizayn edilib. Panduslarla yanaşı svetoforla nizamlanan piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq. Analoji pandusların düzəldilməsi və xəbərdaredici məlumatların yazılması yaxın vaxtlarda paytaxtın digər yollarında da təmin ediləcək. Artıq BNA bununla bağlı xüsusi layihə hazırlayıb.
Onu da qeyd edək ki, BNA-nın təqdim etdiyi layihəyə uyğun olaraq ləvğ edilən "Statistika dairəsi”ndə və dəyişikliklər həyata keçirilən Füzuli meydanında nəqliyyatın hərəkətini tənzimləyəcək svetoforların yeri artıq müəyyənləşdirilib. Hazırda ərazidə müvafiq tikinti quraşdırma işləri aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Yeni "Sovetski" fərqli olacaq (FOTO)
"Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda 18 piyada keçidi olacaq. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildiri...