Bakının daha bir yolu tıxacdan qurtulur

Bakının daha bir yolu tıxacdan qurtulur
Sosial 1372

 

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir.

BNA-dan BAKU.WS-ə verilən məlumata görə, növbəti belə dayanacaq cibi Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində Agentliyin təşəbbüsü ilə "Azəravtoyol" ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb.

Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər